main-post-cover

    Apple iPad modellərinin birindən imtina edə bilər

    Elm & Texnologiya
    24.02.2021
    Emil Nəcəfov
        Son illərdə planşetlərə tələbat getdikcə azalır. iPad modellərinin öz liderliklərini qorumalarına baxmayaraq, son məlumata əsasən Apple şirkəti öz planşet seriyalarının birindən imtina edəcək. Bu barədə Gizchina saytı xəbər verib. Çindən olan mənbələr bildiriblər ki, iPhone-nun ölçüsünün böyüməsi fonunda şirkət özünün kiçik ölçülü iPad mini seriyasından imtina edəcək. Hal hazırda iPad modellərinin əsas rəqibləri məhz qatlana bilən smartfonlardır. Gözləntilərə əsasən qatlana bilən ilk iPhone modeli Apple Pencil dəstəyini əldə edəcək və 7.3-7.6 düym OLED ekrana sahib olacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPad mini 5 modeli 7.9 düym ekrana sahibdir. Lakin elastiki ekrana sahib smartfonları qatlayıb cibə və ya böyük olmayan çantaya qoymaq olar. Bir sıra məlumatlara əsasən qatlana bilən ilk iPhone modeli gələn il təqdim olunacaq və onun qiyməti 1500$ təşkil edəcək. Buna baxmayaraq bu il iPad mini 6 modelinin təqdimatını gözləmək olar. İnsayderlərin sözlərinə əsasən iPad mini 6 modeli daha nazik çərçivələrə sahib 8.4 düym ekran ilə təchiz olunacaq. Dizayn baxımından isə o, 9-cu nəsil iPad modelini xatırladacaq. Yəni planşet fiziki Home düyməsi, Touch ID texnologiyası və aşağı hissədən Lightning girişi ilə təchiz olunacaq.
    Linki kopyala