main-post-cover

    Apple, iPhone 12 üçün öz 5G antenasını hazırlamaq istəyir

    Elm & Texnologiya
    17.02.2020
    Nijat Hamid
            Apple, bu ilki yeni flaqmanları iPhone 12 ailəsinin 5G dəstəkləyəcəyini bildirmişdi. Sızdırılan məlumatlara əsasən şirkət 5G antenalarını özü istehsal etmək istəyir. Əvvəlki məhkəmə qərarlarına əsasən QualcommApple razılığa gələ bilmirdi. Lakin Apple şirkəti 5G ekosistemində ən yaxşı mobil modemlərin Qualcomm-a aid olduğunu görərək iki şirkət müqavilə imzalamağa razı oldu.

    Apple, Qualcomm-un QTM 525 antenalarını yeni iPhone-ların dizaynına uyğun bir formaya sala bilmədiyi üçün öz antenalarını hazırlamağa başlayır.

            Həmçinin bildirilən məlumatlara görə Apple, əgər öz antenalarını istehsal edə bilməsə Qualcomm-un 5G antena modullarını istifadə edəcək. Sızdırılan digər bir məlumat isə şirkətin yeni iPhone 12 ailəsi üçün fərqli dizaynlar hazırladığı və bu dizaynlarda həm öz antena modulları, həm də Qualcomm antena modulu üçün ayrı konstrukturlara yer verildiyi deyilir. Apple şirkətinin qarşısında duran ən böyük problemlərdən biri Qualcomm QTM 525 modemlərinin 8 mm-dən daha qalın smartfonlar üçün uyğun olmasıdır. Buradan anlaşılır ki, iPhone 12 ailəsi 8 mm-dən daha incə ola bilər. 
            Ümumilikdə isə deyilir ki, Apple maksimum dərəcə Qualcomm-dan aslılığı azaltmaq istəyir. Lakin şirkətin antena istehsalı ilə bağlı çoxlu texniki problemləri mövcuddur. Bu səbəbdən Qualcomm modemlərini məcbur olarsa istifadə edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər