Apple iPhone barəsində məlumat sızıntısına yol verəcək istehsalçıları 25 milyon dollar cərimələyəcək

Apple iPhone barəsində məlumat sızıntısına yol verəcək istehsalçıları 25 milyon dollar cərimələyəcək

Texnologiya
19.07.2019 PAYLAŞIM

    Apple şirkəti öz məhsulları barəsində məlumat sızıntılarını heç sevmir. Lakin son zamanlarda bu cür məlumat sızıntılarının sayı getdikcə artır. Gələn ildən başlayaraq bu vəziyyət dəyişə bilər. Beləliklə Apple şirkəti məlumat sızıntılarına qarşı müharibə elan edib. Bu barədə The Information saytına istinadən Gagadget saytı xəbər verib. Şirkətin məhsullar barəsində məlumat sızıntılarına misal olaraq bu il təqdim olunacaq iPhone modellərini gətirmək olar. Belə ki, smartfonlar hələ sentyabr ayında təqdim olunacaqlar. Lakin onların dizaynları və bəzi texniki göstəriciləri artıq məlumdur.

    Bununla belə yeni iPhone modelləri barəsində ilk məlumat sızıntıları hələ keçən ilki iPhone modellərinin təqdimatlarından bir neçə ay sonra baş vermişdi. Bu cür hadisələr həmişə olub. Məsələn 2013-cü ildə internetdə iPhone 5c modeli barəsində bütün məlumatlar təqdimatdan öncə sızdırılmışdı. Həmin hadisədən sonra şirkət öz daxilində New Product Security Team adlı şöbə də yaratdı. Bu şöbə bu cür məlumat sızıntıları ilə mübarizə aparmaq üçün nəzərdə tutulurdu. Həmin şöbənin komandasına keçmiş MTA (Milli Təhlükəsizlik Agentliyi) ilə FBI casusları daxil idilər.

Bənzər xəbər


    Bu şöbə öz növbəsində bir sıra böyük məlumat sızıntısının qarşısını ala bilmişdi. Onlardan ən maraqlısı və böyüyü isə bir neçə il bundan öncə baş vermişdi. Belə ki, həmin hadisə çərçivəsində smartfonların istehsal olunduğu zavoddan olan bəzi işçilər yeraltı tunel qazaraq smartfonların komponentlərini həmin yeraltı tunel vasitəsilə çıxartmağı planlaşdırırdılar. 2014-cü ildə isə iki şəxs gizli şəkildə zavoddan 180 ədəd smartfon gövdəsi çıxarda bilmişdi. Daha sonra şirkət həmin smartfon gövdələrini qara bazardan alaraq geri qaytarmalı olmuşdu.

    Lakin iPhone 2020 modellərinin gizliliklərini yüksək səviyyədə saxlamaq üçün şirkət təhlükəsizlik tədbirlərini daha da sərtləşdirir. Beləliklə şirkət smartfon və smartfonlar üçün olan komponent istehsalçılarına bir sıra məsləhətlər hazırlyıb. Məsələn istehsalçılar yalnız ayrı-ayrı lokal şəbəkələr çərçivəsində olan kompüterlərdən istifadə etməli və kütləvi poçt ilə bulud servislərindən istifadə etməməlidirlər. Əgər istehsalçı məlumat sızıntının olmasının qarşısını ala bilməsə, o, 25 milyon dollar dəyərində cərimələnəcək. Həmin vəsaitin üzərinə həmçinin məlumat sızıntısı ilə bağlı istintaq xərcləri də əlavə olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×