
Apple: 'iPhone satışlarının qadağan edilməsi Çin iqtisadiyyatına böyük zərbə vuracaq'
Elm & Texnologiya
14.12.2018
Emil
Apple şirkəti Çində iPhone modellərinin satışlarına qadağa qoyulması nəticəsində ölkə iqtisadiyyatına böyük zərərin vurulacağını proqnozlaşdırıb. Bu barədə Bloomberg saytı xəbər verib. Apple şirkətinin fikrincə Çində iPhone cihazlarının satılmasının qadağan olunması nəinki Qualcomm şirkətinə həmçinin digər istehsalçı şirkətlərə də maliyyə zərəri vuracaq. Bu isə öz növbəsində dövlət iqtisadiyyatına təsir edə bilər. Bloomberg-in verdiyi məlumata əsasən bu hadisə nəticəsində həmçinin bir sıra istehsalçı şirkətlərin Qualcomm-a ödədikləri vergi miqdarı da böyüyə bilər.
Apple şirkəti qeyd edib ki, o, Çində 5 milyondan çox iş yeri yaradıb. Bu isə Çin hökumətinə külli miqdarda vəsait gətirir. iPhone cihazlarının Çin ərazisində satılmasına qadağanın qoyulması sayəsində dövlət faktiki olaraq külli miqdarda vəsait gətirən bazar payından imtina edir. Bununla yanaşı o həmçinin insanların işlərini də əllərindən alır. Qeyd etmək lazımdır ki, bu qadağanın güclü təsirini hiss edəcək təmsilçilərdən biri də Foxconn şirkətidir. Bu, Apple şirkətinin əsas smartfon istehsalçılarından biridir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
