Logo
    main-post-cover

    Apple iPhone və iPad-lar üçün fərdi batareyaların hazırlanmasına başlayıb

    Elm & Texnologiya
    07.11.2023
    Emil
         Son illərdə Apple şirkəti öz təchizatçılarından olan asılılığını aşağı salmağa hədəflənib. Buna görə də şirkət öz cihazları üçün nəzərdə tutulmuş müəyyən komponentləri fərdi şəkildə hazırlayır. Verilmiş yeni məlumata əsasən şirkət indi də fərdi batareyaların hazırlanmasına start verib. Onların 2025-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Məlumatda qeyd edilib ki, Apple şirkətinin fərdi batareyaları ilkin mərhələdə iPhone iPad-lar üçün nəzərdə tutulacaq.
         Lakin nəticədə batareyalar yaxşı nəticələr sərgiləsələr, şirkət digər cihazları üçün də fərdi batareyaları hazırlayacaq. Hal hazırda şirkət fərdi batareyaları üçün nəzərdə tutulmuş materialların hazırlanması prosesində aktiv şəkildə iştirak edir. Məlumatda yeni katod materialı qeyd edilib. Söhbət, nikel, kobalt, manqan alüminium qarışığından gedir. Bu cür batareya tərkibi Apple cihazları üçün hal hazırda aktual olan digər bütün batareya tərkiblərindən fərqlənəcək.
    Paylaş