
'Apple', iPhone X-in istehsalını 2 dəfə azaldır
Elm & Texnologiya
29.01.2018
Emil
“Apple” şirkəti məyusedici satışlar səbəbindən 1-ci rübdə iPhone X modelinin istehsalını 2 dəfə azaldır.
Bu barədə Nikkei saytı xəbər
verib. Məlumata əsasən “Apple”, smartfonu istehsal edən şirkətlərə 40 milyon
cihaz əvəzinə 20 milyon cihazın istehsal ediılməsi təlimatını verib. Belə ki,
şirkət bayram günlərində ABŞ, Avropa və Çin kimi vacib bazarlarda smartfonun
aşağı satış göstəricilərindən məyus olub. Buna baxmayaraq şirkət iPhone 7, iPhone
8 və iPhone 8 Plus modellərinin istehsalını azaltmayıb. Onlar həmişəki kimi
30 milyon cihaz şəklində istehsal olunurlar.
iPhone X istehsalının aşağı
salınması isə öz növbəsində smartfon komponentlərini istehsal edən şirkətlərə
milyardlarla dollara başa gələcək. Sözügedən smartfona tələbatın az olması onun
yüksək qiymət göstəricisi ilə əlaqələndirilir. Belə ki, smartfona 1000$-a yaxın vəsaiti
ödəmək çox adamın cibinə görə uyğun deyil. Smartfonun bu cür qiymət göstəricisi
bahalı OLED ekranlardan istifadə ilə əlaqəlidir. Şayiələrə əsasən şirkət əksinə
LCD ekran vasitəsilə smartfonun satışlarını yüksəltməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
