Apple: 'iPhone XR günü-gündən şirkətin ən çox satılan smartfonuna çevrilir'

Apple: 'iPhone XR günü-gündən şirkətin ən çox satılan smartfonuna çevrilir'

Texnologiya
29.11.2018 PAYLAŞIM

    Apple məhsullarının marketinqi üzrə vitse-prezidenti Greg Joswiak CNET saytına müsahibəsində iPhone modellərinin istehsalat miqyasının kiçildilməsi xəbərlərinin yayılması nəticəsində iPhone XR modelinin aşağı satış göstəriciləri barəsindəki şayiələrə aydınlıq gətirib. O bildirib ki, yeni iPhone modelləri arasında büdcəli versiya kimi təqdim olunan iPhone XR modeli günü-gündən şirkətin ən çox satılan smartfon modelinə çevrilir. Qeyd etmək lazımdır ki, iPhone XR-in satışlarına 26 oktyabr tarixində start verilmişdi. Alıcılar sözügedən smartfonun ön sifarişini isə bir həftə öncədən edə bilərdilər.

    Joswiak-ın sözlərinə görə satışa çıxdığı gündən iPhone XR modeli Apple şirkətinin bütün smartfonları arasında ən çox satılana çevrilir. Bununla belə o, iPhone XR-in satışları barəsində heç bir əlavə məlumat təqdim etməyib. Bu isə öz növbəsində Apple şirkətinin iPhone, iPad Mac məhsullarının satış göstəricilərinin təqdim edilməsindən imtina etməsi ilə bağlıdır. Şirkətin fikrincə bu cür rəqəmlər şirkətin biznes uğurlarını tam olaraq əks etdirmir. Son 1 ay ərzində yeni iPhone modellərinin satışlarının aşağı düşməsi ilə bağlı bir çox xəbərlər ortaya çıxıb. Bundan əlavə olaraq şirkət yeni iPhone odellərinə tələbin aşağı olmasından onların istehsalat miqyasını kiçildib.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×