'Apple' köhnə iPhone cihazlarını zəiflətdiyi üçün müştərilərdən üzr istədi və həmin smartfonlara sahib olanlara xüsusi təklif etdi

'Apple' köhnə iPhone cihazlarını zəiflətdiyi üçün müştərilərdən üzr istədi və həmin smartfonlara sahib olanlara xüsusi təklif etdi

Texnologiya
02.01.2018 PAYLAŞIM

“Apple” şirkəti köhnə model iPhone cihazlarının zəiflədilməsinə görə öz müştərilərindən üzr istəyib və bir daha bunu etməyəcəyinə söz verərək iPhone 6 və daha köhnə iPhone modellərinin batareyalarının endirimlə dəyişdirilməsini təklif edib.
“Apple şirkətinin sizin gözləntilərinizi məyus etdiyini düşündüyünüzü başa düşürük. Biz sizdən üzr istəyirik. Bu problem ətrafında anlaşılmazlıq yaranıb və biz vəziyyəti aydınlaşdıraraq bizim etdiyimiz dəyişikliklər barəsində sizlərə danışmaq istəyirik. Biz heç zaman bilərəkdən istənilən Apple məhsulunu zəiflətməmişik və insanların yeni məhsulları almaları üçün köhnə məhsulların interfeyslərini və ya məhsulların özlərini zəiflətmək kimi bir proses olmayacaq” – deyə şirkət bildirib.

Bir neçə müddət bundan öncə şirkətin vermiş olduğu məlumata əsasən köhnə model iPhone cihazlarının zəiflədilməsi onların batareyalarının tamamilə sıradan çıxmasının və bununla da cihazın ani olaraq sönməsinin qarşısını almaq üçün edilirdi. Bu cür üsul litium-ion batareyalarının mənfi özəlliyi ucbatından görülür. Belə ki, müəyyən müddətdən sonra bu batareyalar cihazı lazımi enerji ilə təmin edə bilmir. Müştərilərin etibarlarını yenidən qazanmaq üçün “Apple” bir neçə addım atacağını bildirib.

Həmin addımlar arasında şirkət servislərində cihaz batareyalarının dəyişilməsində 50%-lik endirim var. Beləliklə bu ilin Yanvar ayından başlayaraq Dekabr ayına kimi istifadəçilər köhnə model iPhone cihazlarının batareyalarını 79$ əvəzinə 29$-a dəyişə biləcəklər. Həmçinin şirkət söz verib ki, yeni iOS əməliyyat sistemində istifadəçilərin öz cihazlarındakı batareyalarının vəziyyətlərini nəzarət altında saxlamaları üçün yeni özəlliklər olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..

×