
Apple M1-dən sonra Qualcomm öz prosessorlarında dəyişikliklər edir
Elm & Texnologiya
10.03.2021
Emil
Məşhur insayder Roland Quandt hələ təqdim edilməmiş Snapdragon SC8280XP prosessoru barəsində məlumatlar verib. Qeyd etmək lazımdır ki, Qualcomm-un bu prosessoru Apple şirkətinin fərdi M1 prosessorunun potensial rəqibidir. İnsayder əsasən prosessorun texniki özəllikləri barəsində məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən yeni prosessorda Qualcomm şirkəti yüksək performanslı və enerji sərfiyyatına qənaət nüvələrinin kombinasiyasından imtina edəcək.
Bu halda şirkət müxtəlif tezliklərdə çalışan yüksək performanslı nüvələrin iki klasterlərindən istifadə etməyə üstünlük verəcək. Daha güclü nüvələr Gold+ adlandırılırlar və 2.7 GHz tezlikdə çalışırlar. Bir qədər aşağı performansa sahib nüvələr isə sadəcə Gold adını əldə ediblər və 2.43 GHz tezlikdə çalışırlar. Bundan əlavə olaraq insayder qeyd edib ki, şirkət həmçinin 3 GHz tezlikdə çalışan nümunələri də test edir. Yeni prosessorda qrafik özəlliklərdən 693 MHz tezlikdə çalışan Adreno 690 çipi cavabdeh olacaq.
Bununla yanaşı Snapdragon SC8280XP-yə neyron prosessorunun da inteqrasiya olunması gözlənilir. Həmin prosessor machine learning və süni zəka ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün çalışacaq. Təqdim olunmuş bu məlumatlara əsasən demək olar ki, Qualcomm yeni prosessorda əsas diqqəti məhz performansa ayırır. Çox güman ki, bunun əsas səbəbi isə Apple şirkətinin fərdi M1 prosessorunun diqqət çəkən nəticələridir. Snapdragon SC8280XP prosessorunun nə zaman təqdim olunacağı və ilk olaraq hansı cihazların onu əldə edəcəkləri bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
