Logo
    main-post-cover

    Apple M2 Pro ilə müqayisədə M3 Pro özündə daha az nüvə ilə tranzistoru birləşdirir

    Elm & Texnologiya
    01.11.2023
    Emil
         Apple şirkəti dünən yeni M3 prosessor seriyasını təqdim etdi. Bu seriyaya M3, M3 Pro M3 Max prosessorları daxildirlər. Lakin məlum olub ki, texniki göstəricilər baxımından heç də bütün M3 prosessorları keçən ilki M2 prosessorlarından üstün deyillər. Məsələn M2 Pro ilə müqayisədə M3 Pro modeli daha az nüvə əldə etməklə yanaşı özündə həmçinin daha az tranzistoru birləşdirir.
         Yeni məlumatlara əsasən M3 modeli 25 milyard, M3 Pro modeli 37 milyard, M3 Max modeli isə 92 milyard tranzistora sahibdir. Müqayisə üçün M2 modeli 20 milyard, M2 Pro modeli 40 milyard, M2 Max modeli isə 67 milyard tranzistora sahibdir. Yəni bu məlumatlardan da görmək olar ki, M3 Pro halında tranzistorların sayı ixtisar edilib. Çox güman ki, bu, bir qrafik nüvənin çıxarılması, CPU nüvələri konfiqurasiyasındakı və prosessorun enerji sərfiyyatı sistemindəki dəyişikliklər nəticəsində baş verib.
    Paylaş