
Apple M3 prosessorları təqdim edilib
Elm & Texnologiya
31.10.2023
Emil
Apple şirkəti gecə keçirtmiş olduğu təqdimat zamanı M3 prosessor seriyasını təqdim etdi. Sözügedən seriyaya 3 prosessor modeli daxil oldu. Apple M3, M3 Pro və M3 Max. Şirkətin bu yeni prosessorları 3 nanometrlik texnoloji proses əsasında hazırlanıblar. Onlar M2 prosessorlarından fərqli olaraq daha böyük hesablayıcı güc ilə yüksək GPU performansına sahibdirlər.
Təqdimat çərçivəsində Apple yeni prosessorların M2 və Intel Core i7-1360P prosessorları ilə müqayisə olunmalarına çox diqqət ayırıb. Şirkətin sözlərinə əsasən 3 nanometrlik texnoloji proses və təkmilləşdirilmiş qrafik nüvə sayəsində aşağıdakı özəllikləri əldə etmək mümkün olub.
- M2 prosessorları ilə müaqayisədə qrafik renderinq performansı 1.8 dəfə yüksəlib
- M2 prosessorları ilə müqayisədə nüvələrin performans göstəriciləri 15% yüksəlib
- M1 prosessorları ilə müqayisədə nüvələrin enerji sərfiyyatlartı 50% aşağı düşüb
- M1 prosessorları ilə müqayisədə qrafik sistemin enerji sərfiyyatı 50% aşağı düşüb və Intel Core i7-1360P-nin qrafik sistemindən 5 dəfə daha kiçik ölçülü alınıb
- M1 prosessorları ilə müqayisədə neyron çipinin performansı 60% yüksəlib.
Apple M3 prosessoru 8 nüvəyə sahibdir. Onlardan 4-ü performans, digər 4-ü isə enerji effektivliyi nüvələridir. Sözügedən prosessor 24 GB-a kimi RAM yaddaşlarını dəstəkləyir. Şirkətin sözlərinə əsasən M3 prosessoru M1-dən 35%, M2-dən isə 20% daha sürətlə çalışır. Yeni prosessor özündə 10 nüvəli GPU-nu birləşdirir. Onun qrafik çipi isə M1-in qrafik çipindən 65%, M2-nin qrafik çipindən isə 20% daha sürətlə çalışır. M3-dən fərqli olaraq M3 Pro modeli 12 nüvəni əldə edib.
Onlardan 6-sı performans, digər 6-sı isə enerji effektivliyi nüvələridir. M3 Pro 36 GB-a kimi RAM yaddaşlarını dəstəkləyir. M3 Pro-nun GPU-su isə 18 nüvəlidir. Bu yeni prosessor M1 Max-dan 80%, bəzi tapşırıqlar çərçivəsində isə M2 Max-dan 50% daha sürətlə çalışır. Qrafik çipin çalışma sürəti mövzusunda göstəricilər müvafiq olaraq 50% və 20% yüksəliblər. M3 Max-a gəldikdə isə o, 16 nüvəlidir. Onlardan 12-si performans, 4-ü isə enerji effektivliyi nüvələridir.
O, 128 GB-a kimi RAM yaddaşlarını dəstəkləyir. Onun GPU-su isə 40 nüvəlidir. M3 Max-da həmçinin ray tracing texnologiyasının dəstəyi də reallaşdırılıb. Çalışma sürəti baxımından M3 Max prosessoru M1 Max-dan 80%, bəzi tapşırıqlar çərçivəsində isə M2 Max-dan 50% daha sürətlə çalışır. Onun qrafik çipinin çalışma sürəti isə müvafiq olaraq 50% və 20% yüksəlib. Qeyd etmək lazımdır ki, bu yeni prosessorları ilk olaraq əldə etmiş cihazlar yeni MacBook Pro modelləri və yenilənmiş iMac oldu.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Apple M3 prosessorlarının texniki tərəfləri barəsində yeni məlumatlar verilib
Bu gecə Apple şirkəti növbəti təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən şirkət tədbir çərçivəsində M3 prosessor seriyasını təqdim edəcək.

Elm & Texnologiya
Apple gecə keçiriləcək tədbirdə nələri təqdim edəcək?
Apple şirkəti bugün 31 oktyabr tarixinə keçən gecə növbəti təqdimat tədbirini keçirəcək.

Elm & Texnologiya
Büdcəli MacBook-ların qiymətləri iPhone 15in qiymətindən aşağı ola bilər
Son zamanlarda ortaya çıxan məlumatlara əsasən Apple şirkəti büdcəli MacBook üzərində çalışır və onun qiyməti MacBook Air-dan daha aşağı olmalıdır.

Elm & Texnologiya
Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
Məşhur analitik Ming-Chi Kuo Apple Watch Ultra 3 smart saatı barəsində ilk məlumatları bölüşüb.

Əməliyyat sistemləri
iPhone 15 Pro modellərinin ekranlarındakı problemi aradan qaldıran iOS 17.1 yenilənməsi istifadəyə verilib
Apple şirkəti iOS 17.1 yenilənməsinin stabil versiyasının istifadəyə verildiyini elan edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
