main-post-cover

    Apple M3 prosessorlarının texniki tərəfləri barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    30.10.2023
    Emil Nəcəfov
         Bu gecə Apple şirkəti növbəti təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən şirkət tədbir çərçivəsində M3 prosessor seriyasını təqdim edəcək. İndi isə insayderlər sözügedən prosessor seriyasına daxil olacaq modellər barəsində məlumatlar veriblər. Qeyd etmək lazımdır ki, bu prosessor seriyasına M3, M3 Pro M3 Max prosessorlarının daxil olacaqları gözlənilir. Beləliklə insayderlərin sözlərinə əsasən adi M3 modeli M2-nin konfiqurasiyasını əldə edəcək. Yəni prosessor 8 ədəd CPU nüvəsinə (4-ü performanslı, 4-cü enerji effektivli) və 10 ədəd GPU nüvəsinə sahib olacaq. M3 Pro prosessoru 12 ədəd CPU nüvəsini və 20 ədəd GPU nüvəsini əldə edəcək.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, M2 Pro prosessoru 12 ədəd CPU nüvəsinə və 19 ədəd GPU nüvəsinə sahibdir. Burdan da belə qənaətə gəlmək olar ki, M2 Pro ilə M3 Pro arasında elə də ciddi bir fərq olmayacaq. M3 Max prosessoruna gəldikdə isə məlumatda qeyd edilib ki, o, 16 ədəd CPU nüvəsini və 40 ədəd GPU nüvəsini əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, M2 Max prosessoru 12 ədəd CPU nüvəsinə və 38 ədəd GPU nüvəsinə sahibdir. Onu da nəzərə almaq lazımdır ki, M3 prosessorları 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaqlar. Buna görə də M2 prosessorlarından fərqli olaraq M3 prosessorları böyük ehtimal ilöə daha sürətli çalışacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple gecə keçiriləcək tədbirdə nələri təqdim edəcək?
    apple-gece-kecirilecek-tedbirde-neleri-teqdim-edecek
    Büdcəli MacBook-ların qiymətləri iPhone 15in qiymətindən aşağı ola bilər
    budceli-macbook-larin-qiymetleri-iphone-15in-qiymetinden-asagi-ola-biler
    Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
    apple-watch-ultra-3-smart-saati-2025-ci-ile-texire-salinmis-ola-biler
    iPhone 15 Pro modellərinin ekranlarındakı problemi aradan qaldıran iOS 17.1 yenilənməsi istifadəyə verilib
    iphone-15-pro-modellerinin-ekranlarindaki-problemi-aradan-qaldiran-ios-171-yenilenmesi-istifadeye-verilib
    Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər
    android-istifadeciler-ile-muqayisede-ios-istifadeciler-oz-smartfonlarini-tez-tez-deyismirler