
Apple M3 prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
02.11.2023
Emil
Apple şirkəti 31 oktyabr tarixində M3 prosessor seriyasını təqdim etdi. Sözügedən seriyaya M3, M3 Pro və M3 Max prosessorları daxildirlər. İndi isə məlum olub ki, adi M3 modeli Geekbench testlərindən keçib. Geekbench testlərinin nəticələrinə əsasən M3 keçən ilki M2 Pro ilə rahatlıqla rəqabət apara bilir. Qeyd etmək lazımdır ki, M3 prosessoru 8 nüvəyə sahibdir. Onlardan 4-ü yüksək performanslı, digər 4-ü isə enerji effektivliyi nüvələridir. Beləliklə M3 prosessoru Geekbench 6 bençmarkının bir nüvəli testi çərçivəsində 3076 xal, çox nüvəli testi çərçivəsində isə 11 863 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, M2 Pro-nun 10 nüvəli versiyası sözügedən bençmarkın bir nüvəli testi çərçivəsində 2635 xal, çox nüvəli testi çərçivəsində isə 11 852 xal toplayır.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
