
Apple M4 Max prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
01.11.2024
Emil
Apple şirkətinin M4 Pro prosessorundan sonra M4 Max prosessoru da Geekbench testlərindən keçib. Daha öncə də gözlənildiyi kimi M4 Max prosessoru Apple şirkətinin ən güclü prosessoru olub. Bununla yanaşı o, Geekbench-in bir nüvəli testi çərçivəsində bütün prosessorlar arasında rekord nəticə sərgiləyib. Beləliklə M4 Max prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 4060 xal, çox nüvəli testi çərçivəsində isə 26 675 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, M4 Pro prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 100 xal daha az yığır.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
