Logo
    main-post-cover

    Apple M4 prosessorları süni zəka dəstəyinə sahib olacaqlar

    Elm & Texnologiya
    15.04.2024
    Farid
         İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple şirkəti 2025-ci ilin əvvəli üçün M4 prosessorları vasitəsilə Mac kompüterlərini yeniləməyi planlaşdırır. Məlumata əsasən M4 prosessorları süni zəka imkanlarının inkişafı yolunda performans artımına istiqamətlənəcəklər. M4 prosessorlarını əldə edəcək ilk cihazlar iMac, 14 düym ekranlı MacBook Pro, 16 düym ekranlı MacBook Pro və Mac mini olacaqlar. Daha sonra M4 prosessorlarını həmçinin MacBook Air, Mac Studio Mac Pro cihazları əldə edəcəklər. İnsayderlər bildiriblər ki, M4 prosessorları 3 versiyada mövcud olacaqlar.
         Birinci versiya Donan kod adına sahibdir və o, aşağı seqmentə aid Mac kompüterləri üçün nəzərdə tutulacaq. İkinci versiya Brava kod adına sahibdir və o, orta seqmentə aid Mac kompüterləri üçün nəzərdə tutulacaq. Üçüncü versiya isə Hidra kod adına sahibdir və o, yuxarı seqmentə aid Mac kompüterləri üçün nəzərdə tutulacaq. Gözləntilərə əsasən bu prosessorlar 3 nanometrlik texnoloji proses sayəsində yüksək performansa və enerji effektivliyinə sahib olacaqlar. M4 prosessorlarının əsas fərqləndirici cəhətlərindən biri də onlardakı neyron çipinin daha çox sayda nüvəni əldə edəcəyidir.
    Paylaş