
Apple M4 prosessoru Geekbench 6 testindən keçib
Elm & Texnologiya
08.05.2024
Farid
Apple şirkəti M4 adlı yeni prosessorunu təqdim edəndən sonra onun Geekbench 6 bençmarkının testindən keçdiyi məlum olub. Geekbench 6 testi nəticəsində məlum olmuş maraqlı fakt ondan ibarətdir ki, M4 prosessoru keçən ilki M3 prosessorundan daha aşağı tezlikdə çalışır. Lakin bununla belə yeni prosessor Geekbench 6-da keçən ilki M3-ü üstələyir. Qeyd etmək lazımdır ki, bu yeni prosessor dünən təqdim edilmiş yeni iPad Pro planşeti tərkibində test edilib. Prosessorun Geekbench 6-nın bir və çox nüvəli testlərdə hansı göstəricilərə nail olduğu məlum deyil.

Belə ki, Geekbench 6 testi prosessorun süni zəka tapşırıqlarının emalında sərgilədiyi gücü əks etdirir. Beləliklə M4 bu mövzu üzrə Geekbench 6-da 9234 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki M3 prosessoru eyni test çərçivəsində 8331 xal toplayır. M4-ün təqdimatı zaman Apple bildirmişdi ki, onda ən güclü neyron prosessoru istifadə edilir və həmin neyron prosessor 1 saniyə ərzində 38 milyard əməliyyatı yerinə yetirə bilir. Bununla yanaşı Geekbench 6 sayəsində məlum olub ki, M4 prosessoru 3.93 GHz tezlikdə çalışır. M3-də isə bu göstərici 4.03 GHz təşkil edir.
Paylaş
Bənzər xəbərlər

Digər
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Apple CEO-su Tim Cook iPad-in dünənki təqdimatında xüsusi buraxılış Nike ayaqqabısı geyinib. “Apple” və “Nike” pərəstişkarlarının heyran qaldığı modelin “iPad” ilə hazırlandığı bildirilib.

Proqram Təminatı
Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir?
Apple, mayın 7-də iPad tədbirindən dərhal sonra iPhone üçün iOS 17.5 RC versiyasını təqdim edib. Bu iOS 17.5-in son versiyası ilə eyni versiya hesab olunur. Bəs, nə kimi yeniliklər var?

Cihazlar+
Apple Pencil Pro stilusu təqdim edilib
Apple şirkəti dünən yeni iPad Pro və iPad Air planşetləri ilə yanaşı həmçinin Apple Pencil Pro stilusunu da təqdim etdi.

Elm & Texnologiya
Apple M4 prosessoru təqdim edilib
Dünən Apple şirkəti yeni iPad Pro planşetini təqdim edən zaman heç gözlənilmədən məlum oldu ki, sözügedən planşet Apple M4 prosessoru vasitəsilə çalışır

Cihazlar+
Köhnə dizaynda yeni prosessor: iPad Air 2024 təqdim edilib - QİYMƏTİ
Apple şirkəti yeni iPad Pro ilə yanaşı həmçinin yeni iPad Air modelini də təqdim edib. Şirkət bu dəfə iPad Air planşetini iki versiyada təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
