main-post-cover

    Apple məhsullarında Intel dövrü bitir: Yeni MacBook A14X Bionic çipseti ilə gələ bilər

    Elm & Texnologiya
    01.08.2020
    Nijat Hamid
            Apple şirkəti bir müddət əvvəl MacBook kompüterlərində artıq Intel prosessor yerinə ARM şirkətinin arxitekturasında hazırlanmış Apple Silicon prosessorlarını istifadə edəcəyini bildirmişdi. Apple Silicon prosessorunun hələ hazır olmamasına baxmayaraq şirkət indidən Intel-dən uzaqlaşmağa başlayır. İddialara görə Apple şirkəti bir neçə il əvvəl istehsal etdiyi 12 düyümlük MacBook noutbukları yeniləyərək təkrar istehsal etməyə hazırlanır və prosessor olaraq isə ARM arxitekturalı Apple-a məxsus A14X Bionic çipseti istifadə ediləcək.

    Apple məhsullarında Intel dövrü bitir: 12 düyümlük MacBook noutbuklarında Apple-a məxsus A14X Bionic çipseti istifadə edilə bilər.

        
            Twitter üzərindən Komiya adlı istifadəçinin verdiyi məlumatlara görə Apple 12 düyümlük MacBook modelini yeniləyərək təkrar istehsal etməyi planlayır və bu səfər prosessor olaraq Intel yox, öz istehsalı olan A14X Bionic çipsetini istifadə edə bilər. Qeyd edək ki, bu çipset yeni iPad modellərində də istifadə olunur və istifadəçilər performansdan bir xeyli razıdırlar.
            Komiya tərəfindən verilən digər məlumatlara görə yenilənmiş MacBook modeli 8 GB və 12 GB ram seçiminə malik olacaq. Həmçinin yaddaş olaraq 256 GB, 512 GB1 TB-lıq versiyaları olacaq. Cihazın ən spesifik özəlliyi isə batareya ömrünün 15-20 saat arasında olmasıdır. Intel prosessoru istifadə edən versiyalarda 8-10 saat arası batareya ömrünün olduğunu diqqətə alsaq A14X Bionic çipsetli yeni versiyalarda 15-20 saat batareya ömrünün olması çox mümkün bir hal kimi görünür. Qeyd edək ki, Apple-ın ikonik Butterfly klaviatura dizaynı da geri qayıdacaq.
    12 düyümlük MacBook noutbukunun digər parametrləri belə olacaq (İddialara görə).
    • 12 düyümlük Retina Ekran 
    • 1 ədəd USB Type-C portu
    • 1 kq-dan daha az ağırlıq
    • Yenilənmiş 4.nəsil Butterfly klaviatura
    • Qiymət minimum 799 dollar.
    • 720p FaceTime HD kamera
    Linki kopyala