
'Apple' məşhur servis Netflix-i ala bilər
Elm & Texnologiya
03.01.2018
Emil
“Citi” şirkətinin analitikləri bildiriblər ki, yeni ildə “Apple” şirkəti məşhur Netflix servisini ala bilər.
Bu barədə Business Insider saytı
xəbər verib. Şirkət artıq uzun zamandır ki, orijinal film və videokontent sahəsinə
girməyi planlaşdırır. Lakin Netflix, Amazon və Hulu kimi servislər ilə rəqabət ciddi məsələdir. Görünür, “Apple” şirkəti rəqiblərindən birini kənarlaşdırmaq əvəzinə
əksinə özünə əməkdaş etmək istəyir. Analitiklər bildiriblər ki, 40%-lik
ehtimalla “Apple”
Netflix servisini alacaq. Servis 194.2 milyard dollar dəyərində qiymətləndirilir.
Müqavilənin mümkün qiyməti isə 220 milyard dollar təşkil edə bilər. “Apple”da
isə bu cür vəsaitlər var. Analitiklərin fikrincə şirkət konqress tərəfindən qəbul
olunmuş və preident Donald Trump tərəfindən imzalanmış vergi qanun layihəsindən
istifadə edə bilər. Bu qanun layihəsi böyük şirkətlərin ölkədən kənarda yerləşən
vəsaitləri yenidən ölkəyə qaytarılan zaman həmin şirkətlərə güzəştlərin verilməsinə
imkan yaradır. Beləliklə “Apple” xaricdə olan 252 milyard dollar vəsaitdən bir
miqdarını götürərək Netflix-i ala bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
