
Apple növbəti təqdimat tədbirini anons edib
Elm & Texnologiya
25.10.2023
Emil
Apple şirkəti heç gözlənilmədən yeni təqdimat tədbirini anons edib. Şirkətin rəsmi anonsuna əsasən yeni təqdimat tədbiri 30 oktyabrdan 31 oktyabra keçən gecə baş tutacaq. Təqdimat tədbirinin sloqanı isə “Scary Fast”-dır. Şirkət sözügedən tədbirdə nələrin təqdim olunacaqlarını açıqlamayıb. Lakin bəzi məlumat sızıntılarına əsasən şirkət M3 prosessoru vasitəsilə çalışacaq MacBook-ları və ya 23 düym ekrana sahib yenilənmiş iMac-ı təqdim edə bilər.
Paylaş