Apple öz 5G modemi vasitəsilə Qualcomm-un mobil modemlərini geridə qoymağı planlaşdırır
Elm & Texnologiya
09.12.2024
Emil Nəcəfov
Apple artıq bir neçə ildir ki, öz smartfonlarında istifadəyə hədəflənmiş fərdi 5G modemin hazırlanması üzərində çalışır. Gözləntilərə əsasən şirkətin ilk 5G modemi gələn ilin birinci yarısında təqdimatı gözlənilən növbəti iPhone SE smartfonuna quraşdırılacaq. İndi isə məlum olub ki, Apple yaxın illər ərzində Qualcomm şirkətinin modemlərini performans mövzusunda geridə qoymaq məqsədini öz qarşısına qoyub. Gözləntilərə əsasən şirkətin ilk 5G modemini təkcə iPhone smartfonları deyil, həmçinin iPad planşetləri də əldə edəcəklər.
Lakin bununla belə şirkətin ilk modemi bazardakı ən yaxşı modem olmayacaq. Performans və keyfiyyət baxımından o, çox güman ki, Qualcomm şirkətinin modemlərindən geridə qalacaq. Məsələ burasındadır ki, Qualcomm mobil modemlər bazarında lider şirkətdir. Güman olunur ki, Apple 2026-cı ildə mmWave dəstəkli ikinci nəsil modemini təqdim edəcək. 2027-ci ildə isə şirkət öz modeminin performansı mövzusunda Qualcomm-u geridə qoymağı planlaşdırır. Apple şirkətinin öz fərdi 5G modeminin hazırlanması mövzusunda hansı nailiyyətləri əldə etdiyi çox güman ki, növbəti iPhone SE smartfonu ilə məlum olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Intelligence 2017-ci ildən hazırlanıb
Apple Intelligence 2017-ci ildən hazırlanıb
Apple şirkətinin CEO-su Tim Cook bir neçə müddət bundan öncə vermiş olduğu müsahibə çərçivəsində şirkətin süni zəka ilə bağlı baxış bucağı barəsində və onun insan sağlamlığı ilə təhlükəsizliyi üçün olan əhəmiyyətindən danışıb.
Apple şirkətinin ilk qatlana bilən cihazının nə zaman satışa çıxacağı sızdırılıb
Apple şirkətinin ilk qatlana bilən cihazının nə zaman satışa çıxacağı sızdırılıb
Jukanlosreve ləqəbli X (keçmiş Twitter) istifadəçisi Apple şirkətinin gələcək planşet və noutbuklarının satışa çıxmaları mövzusunda olan yol xəritəsini təqdim edib.
M5 prosessorlu iPad Pro-nun nə zaman təqdim olunacağı açıqlanıb
M5 prosessorlu iPad Pro-nun nə zaman təqdim olunacağı açıqlanıb
Ming-Chi Kuo adlı məşhur analitik hələ təqdim olunmamış M5 prosessoru vasitəsilə çalışacaq növbəti iPad Pro barəsində məlumat verib.
Gələcək iPhone-larda ön kameranın ekranın alt hissəsinə yerləşdirilməsi nəzərdən keçirilir
Gələcək iPhone-larda ön kameranın ekranın alt hissəsinə yerləşdirilməsi nəzərdən keçirilir
ABŞ Ticarət Nişanları və Patentləri Agentliyi Apple şirkətinin yeni patent sorğusunu qeydiyyatdan keçirib. Şirkətin yeni patent sorğusunda gələcək iPhone-ların ekranlarının konstruksiyası əks olunub.
iPhone 17 Pro və iPhone 17 Pro Max daha uzunömürlü və performanslı ekranları əldə edəcəklər
iPhone 17 Pro və iPhone 17 Pro Max daha uzunömürlü və performanslı ekranları əldə edəcəklər
iPhone 17 smartfon seriyasının gələn ilin ikinci yarısında təqdim olunacağına baxmayaraq artıq indidən onun barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!