main-post-cover

    Apple özü-özünü bərpa edə biləcək qatlana bilən ekranı patentləşdirib

    Elm & Texnologiya
    23.05.2024
    Emil Nəcəfov
         Apple şirkəti qatlana bilən smartfonunu təqdim etməmiş məşhur smartfon istehsalçılarından biridir. Lakin heç kim üçün sirr deyil ki, şirkət daxilində qatlana bilən iPhone üzərində işlər gedir. İndi isə Apple şirkətinin bu istiqamətdə yeni patenti ortaya çıxıb. Şirkətin yeni patent sorğusunda istifadəçinin iştirakı və ya hər hansısa xarici təsir olmadan öz-özünü cızıqlardan və əziklərdən bərpa edə bilən elastiki ekran əks olunub. Sözügedən patent öz növbəsində Apple şirkətinin iPhone da daxil olmaqla müxtəlif qatlana bilən cihazlarında ola biləcək potensial özəlliklərdən birini sərgiləyir.
         Patentdə özü-özünü bərpa etməyə qadir qatlana bilən ekrana sahib cihaz təsvir edilib. Bununla belə bu cihaz noutbuk və planşetdən tutmuş monitor və ya smartfona kimi istənilən cihaz ola bilər. Özü-özünü cızıqlardan və əziklərdən fərdi şəkildə bərpa edəcək material ekranı tam şəkildə və ya onun yalnız qatlana bilən hissəsini əhatə edə bilər. Bu cür texnologiya qatlana bilən smartfonlar üçün ideal həll üsulu ola bilər. Belə ki, elastiki ekranlar adi ekranlarla müqayisədə cızıqlara daha çox həssasdırlar. Digər tərəfdən qeyd etmək lazımdır ki, bu sadəcə patentdir. Apple şirkətinin sözügedən texnologiyanı öz cihazlarında dəqiq şəkildə reallaşdıracağına dair heç bir zəmanət yoxdur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone-lara gələcək yeni emojilər bəlli olub!
    iphone-lara-gelecek-yeni-emojiler-belli-olub
    Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
    xiaomi-hindistanda-yeni-telefon-markasini-teqdim-etmek-ucun-apple-in-crush-reklamini-teqlid-edib
    4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
    4-cu-ne
    Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
    apple-ve-openai-sirketleri-wwdc-2024-cercivesinde-birge-sekilde-boyuk-elana-hazirlasirlar
    iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!
    iphone-16-seriyasi-ucun-iki-yeni-reng-varianti-ortaya-cixib