
Apple sensorlu ekrana sahib HomePod üzərində çalışır
Elm & Texnologiya
23.10.2023
Emil
Apple şirkətinin özünün HomePod adlı smart səsgücləndiricisinin müxtəlif yeni versiyaları üzərində çalışması barəsində məlumatlar uzun müddətdir ki, internetdə gəzirlər. Məlumatlara əsasən hazırlanan versiyalardan biri ekrana da sahibdir. İndi isə ekrana sahib HomePod versiyasının mövcudluğu təsdiqlənib. Belə ki, insayderlər hələ təqdim edilməmiş yeni HomePod-un bir neçə prototipinin fotolarını təqdim ediblər. Ən maraqlı prototip isə yuxarı hissəsində kiçik ölçülü sensorlu ekrana sahib HomePod-dur. Artıq bir neçə mənbə də təsdiqləyib ki, Apple şirkəti həqiqətən də sensorlu ekrana sahib yeni HomePod üzərində çalışır. Lakin bu hələ prototipdir. Sensorlu ekrana sahib yeni HomePod-un nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
