
Bir sıra mənbələrin verdikləri məlumat əsasən “Apple” şirkəti musiqilərin təyini platforması Shazam-ın alınması barədə son danışıqları aparır.
Techcrunch saytının verdiyi məlumata əsasən müqavilənin tam bağlandığı barədə xəbəri artıq gələn həftənin bazar ertəsi verə bilərlər. Məlumata əsasən müqavilənin dəyəri 400 milyon dollar təşkil edəcək. Əgər müqavilə baş tutsa, Shazam müəyyən səviyyədə endirim ilə satılacaq. Belə ki, sonuncu investisiya raundu zamanı platformanın dəyəri 1 milyard dollar təşkil etmişdi.
Daha əvvəlki şaiyələrə əsasən platforma Snapchat tərəfindən alınmalı
idi. Lakin Snapchat platforma ilə razılığa gəlmişdi ki, Snapchat istifadəçiləri
Snapchat tətbiqi vasitəsilə musiqiləri təyin etsinlər. “Apple” ilə danışıqların
bu razılaşmalara necə təsir edəcəyi məlum deyil. Həmçinin platformanın satış səbəbi
də bilinmir. Mütəxəssislərin fikrincə Shazam-ın alınması halında “Apple” şirkəti
Spotify və Google Play Music kimi rəqiblərinə təzyiq göstərəcək. Wall Street
Journal-ın məlumatlarına əsasən Shazam-ın gündəlik istifadəçi sayı 1 milyondur.
Şərh yoxdur