Apple şirkəti 2016-cı ildə baş vermiş təyyarə qəzasında günahlandırılır

Apple şirkəti 2016-cı ildə baş vermiş təyyarə qəzasında günahlandırılır

Texnologiya
15.05.2018 PAYLAŞIM

    2016-cı ildə EgyptAir təyyarəsinin daxilində baş vermiş yanğın səbəbilə baş vermiş qəza nəticəsində həlak olmuş insanların ailə üzvləri Apple şirkətini məhkəməyə veriblər. Onların məhkəmə iddialarında bildirilib ki, təyyarə daxilindəki yanğın məhz Apple şirkətinin cihazlarından birinin qızaraq alışıb yanması səbəbilə baş verib. Qeyd etmək lazımdır ki, təyyarə daxilində baş vermiş yanğının rəsmi səbəbi hələ də bilinmir.

    Mümkün olan qəza səbəbinin variantları arasında partlayıcı maddə, pilot kabinindəki elektronika panelinin alışıb yanması və pilotun öz iPad ilə iPhone 6s cihazlarının saxladığı yerdə yanğının baş verməsi var. Məhkəmə iddiasını qaldırmış şəxslər qəzanın baş vermə səbəbi kimi məhz sonuncu versiyanı göstərirlər. Belə ki, pilotlar təyyarənin elektronika panelinin üzərinə heç bir əşya qoymurlar.


    Belə olduğu halda təyyarə havaya qalxarkən həmin cihazlar yerə düşə və ya turbulentlik anında sadəcə olaraq kabin daxilində havada qala bilərlər. Bununla belə həmin qəzada vəfat etmiş şəxslərin maraqlarını qoruyan hüquqşünaslar bildiriblər ki, onlar Apple şirkətini bu məsələdə məsuliyyətə cəlb etmək üçün yetəri qədər sübutlara sahibdirlər. Apple şirkəti isə bu fikri təkzib edən bəyanatlarını artıq bir neçə saytda dərc etdirib. Bundan əlavə olaraq şirkət bu hadisə ilə bağlı istintaqa öz bütün yardımını verməyə hazırlıqlı olduğunu bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×