
Apple şirkəti AirTag 2 axtarış trekerini müəyyən müddətlik təxirə salıb
Elm & Texnologiya
19.10.2023
Emil
Apple şirkəti itmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş AirTag trekerini 2021-ci ilin yaz fəslində təqdim etmişdi. Birinci nəsil AirTag trekerinin təqdimatından bir xeyli zamanın keçməsinə baxmayaraq AirTag 2-ni yaxın zamanda gözləmək lazım deyil. Daha öncə güman edilirdi ki, AirTag 2 ya bu il ya da gələn il təqdim olunacaq. Lakin məşhur analitik Ming-Chi Kuo bildirib ki, Apple öz yeni axtarış trekerinin istehsalat startını 2025-ci ilə kimi təxirə salıb. Şirkətin nəyə görə belə qərar qəbul etdiyi bilinmir. AirTag 2 barəsində məlumat demək olar yoxdur. Çox güman ki, şirkətin yeni axtarış trekeri yeni geniş zolaqlı çipini əldə edəcək. Bu isə öz növbəsində itmiş əşyaların yerlərini daha dəqiq şəkildə təyin etməyə imkan verəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
