Logo
    main-post-cover

    Apple şirkəti Android-i iPhone-a inteqrasiya etmiş startapı məhkəməyə verdi

    Elm & Texnologiya
    09.03.2020
    Emil
        Keçən həftə Chakra1n proqram təminatı vasitəsilə aktual olan iOS 13 əməliyyat sistemi vasitəsilə çalışan iPhone modeli jailbreak olunmuş və Android əməliyyat sisteminin iPhone-a inteqrasiya reallaşdırılmışdı. Apple şirkətinin bu məsələlərə reaksiyası heç də gecikmədi. Belə ki, şirkət bu cür layihəni işə salmış Corellium startapını məhkəməyə verib. Bu barədə Mydrivers saytı xəbər verib.
        Qeyd etmək lazımdır ki, beta-test mərhələsində olan Sandcastle adlı proqram təminatı sayəsində istifadəçilər iOS əməliyyat sistemini hack etməkdən əlavə olaraq iPhone smartfonuna aktual olan Android versiyasını da yükləyə bilərlər. Hal hazırda bu cür üsulun bir sıra mənfi cəhətləri var. Belə ki, hack prosesini yalnız iPhone 7 iPhone 7 Plus smartfon modellərində reallaşdırmaq olur və prosesi yerinə yetirəndən sonra smartfonun bir sıra funksiyalarından istifadə etmək olmur.
        Apple şirkətini isə bu cür proseslər heç də qane etməyib və o, məhkəməyə müraciət edib. Şirkətin məhkəmə iddiasına əsasən Corellium startapı müəllif hüquqlarını pozur və Apple şirkətinin ticarət nişanına mənfi təsir göstərir. Startap hələ sözügedən məhkəmə iddiasına reaksiya verməyib. Lakin daha öncədən o qeyd etmişdi ki, Apple şirkəti iOS əməliyyat sistemi vasitəsilə çalışan cihazların istifadəçilərini seçim barəsində həddindən artıq məhdudlaşdırır. Corellium startapı bu məsələdə Apple şrikətini təndiq edərək Project Sandcastle adlı proqram təminatının funksionallığını təkmilləşdirir. 
    Paylaş
    Bənzər xəbərlər