Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Texnologiya
13.07.2020 PAYLAŞIM

    AppleFoxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama çatıblar. Söhbət, artırılmış reallıq cihazı üçün nəzərdə tutulmuş yarımşəffaf linzalardan gedir. Məlumata əsasən həmin linzalar prototip mərhələsini geridə qoyublar və mühəndis testləri üçün nümunə istehsalı mərhələsinə keçid ediblər.

    Bu barədə The Information saytı xəbər verib. Məlumata əsasən Apple şirkəti öz AR eynəklər üçün nəzərdə tutulmuş linzaları Çinin cənub-qərb hissəsində yerləşən Foxconn zavodundakı istehsalat xətlərindən birində istehsal edir. Həmin zavodda iPad modellərinin istehsalı cəmləşib. İnsayderlər qeyd ediblər ki, may ayında Apple yarımşəffaf linzaların mühəndis testləri mərhələsinə start verib.


    Bu mərhələdə şirkət test üçün adətən 1000 ədəd cihaz istehsal edir. Növbəti mərhələdə isə final dizaynın təyini və həmin dizaynın irimiqyaslı istehsalat üçün uyğun olub-olmadığının dəqiqləşdirilməsi var. Son məlumata əsasən Apple şirkəti öz AR cihazını 2021-ci ildə təqdim edə və 2022-ci ildə onun satışlarına start verə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..


SpaceX-in Crew Dragon kosmik gəmisi astronavtları uğurla Yer kürəsinə qaytardı (..

SpaceX-in Crew Dragon kosmik gəmisi ilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanmış astronavtlar Ro..


Məşhur Kodak şirkəti 1500% dəyər qazandı: Koronavirus təsiri

Məşhur Kodak şirkəti koronavirus dərmanlarının hazırlanmasında yardım göstərəcəyi üçün 1500% dəyər q..

×