Apple şirkəti bu ilki hər 3 iPhone modelinin istehsalını azaltdı

Apple şirkəti bu ilki hər 3 iPhone modelinin istehsalını azaltdı

Texnologiya
19.11.2018 PAYLAŞIM

    Bugün Reuters saytı The Wall Street Journal-dan aldığı məlumatlara əsasən bildirib ki, Apple şirkəti son bir neçə həftə ərzində Sentyabr ayında təqdim etdiyi hər 3 iPhone modelinin istehsalını azaldıb. Məlumata əsasən şirkətin yeni iPhone modellərinə tələb gözlənildiyindən daha aşağı olub. Şirkətin birdən 3 iPhone modelini satışa çıxartması qərarı həmçinin cihazların daxili komponentlərinin və cihazlarının özlərinin saylarının proqnozlaşdırılmasında çətinliklərə səbəb olub.

    Bunun nəticəsində anbarlar çoxlu sayda cihazlarla dolub. Onlar isə tez bir zamanda satılmırlar. Belə ki, bir çox alıcıları şirkətin yeni qiymət siyasəti heç də qane etməyib. Bundan əlavə olaraq bir neçə həftə bundan öncə şirkət Yeni il qabağı aşağı satış nəticələrini proqnozlaşdıraraq investorları heyrətləndirmişdi. Bu isə öz növbəsində həmçinin Apple cihazları üçün komponentlər istehsal edən istehlakçılara da təsir edib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət yalnız iPhone XR modelinin istehsal miqyasını kiçiltmişdi. Lakin indi isə şirkət hər 3 iPhone modelinin istehsal miqyasını kiçildib.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..

×