Apple şirkəti Çində iPhone istehsalını dayandırmağa hazırdır

Apple şirkəti Çində iPhone istehsalını dayandırmağa hazırdır

Texnologiya
11.06.2019 PAYLAŞIM

    Apple şirkəti ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin uzanacaöı təqdirdə bütün iPhone modellərinin istehsalını Çindən kənara keçirdə bilər. Bu barədə Bloomberg saytının Foxconn şirkətinin rəhbərliyinə istinadən verdiyi məlumata əsasən Macdigger saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Tayvanın Foxconn şirkəti Apple cihazlarının böyük hissəsini istehsal edir.

    "Bizim istehsalat gücümüzün 25%-i çindən kənarda yerləşir və biz Apple şirkətinin ABŞ bazarındakı tələbatlarını ödəyə bilərik" - deyə Foxconn şirkətinin direktorlar şurasının sədri Young Liu bildirib. O həmçinin qeyd edib ki, şirkət hal hazırda Hindistandakı istehsalat gücünü artırmaq üçün investisiyalar da yatırmaqla məşğuldur. Hal hazırda ABŞ bazarı üçün nəzərdə tutulmuş iPhone ilə iPad modellərinin böyük bir hissəsi məhz Çində istehsal olunur.

Bənzər xəbər


    Lakin ABŞ hökuməti Çin mallarına yeni qiymət tariflərinin təyin olunmasında Pekinə xəbərdarlıq edir. Bu isə öz növbəsində Apple məhsullarının qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Apple şirkəti hələki Foxconn-dan istehsalatın Çindən kənara keçirilməsini istəməyib. Hindistanın isə Apple şirkəti üçün əsas istehsalat mərkəzinin olub-olmayacağı bilinmir. Hal hazırda Foxconn şirkəti Hindistanda iPhone XR də daxil olmaqla bir sıra köhnə iPhone modellərini istehsal edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×