
Apple şirkəti ekrana inteqrasiya olunmuş Touch ID'li iPhone istehsal etməyəcək
Elm & Texnologiya
05.09.2018
Emil
Apple şirkəti smartfon ekranına inteqrasiya olunmuş Touch ID texnologiyasından imtina etməyi
planlaşdırır. Bunun yerinə şirkət iPhone X-də təqdim olunmuş Face ID
texnologiyasını inkişaf etdirməyi düşünür. Bu barədə məşhur analitik Ming-Chi Kuo
bildirib. Bu cür qərarın verilməsində əsas səbəblərdən biri o ola bilər ki, OLED ekranların
müasir versiyaları bütün ekran üzrə identifikasiya ötürücülərini dəstəkləmirlər.
Bununla belə Android smartfon istehsalçıları bu texnologiya da maraqlıdırlar.
Bu isə o deməkdir ki, iOS isə Android cihazlar arasında bir növ rəqabət gedəcək.
Face ID texnologiyası, ekrana inteqrasiya olunmuş barmaq izi skanı
texnologiyasına qarşı. Ming-Chi Kuo-nun yeni hesabatında qeyd olunub ki, ekrana
inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası (Fingerprint On Display,
FOD) 2019-cu ildə 500% yüksələcək. Belə ki, Android smartfon istehsalçıları bu
istiqamətdə işlər görürlər. Lakin Apple şirkəti yaxın bir neçə il ərzində bu
yeni texnologiyanı öz smartfonlarında tətbiq etməyəcək. Bu il ərzində bir neçə
dəfə məlumat yayılmışdı ki, guya Apple şirkəti ekrana inteqrasiya olunmuş Touch
ID texnologiyası üzərində çalışır.
Ming-Chi Kuo-nun fikrincə təhlükəsizlik
baxımından Apple şirkətinin biometrik skan üsulu iPhone smartfonunda yaxşı
çalışır. Android smartfonlar isə Fingerprint On Display texnologiyasının test mərhələsi
üçün uyğun sahə ola bilər. Ming-Chi Kuo-nun düzgün məlumat verdiyi halda belə
bu o demək deyil ki, Apple şirkəti ekrana inteqrasiya olunmuş Touch ID
texnologiyasından tamamilə imtina edəcək. Şirkət sadəcə olaraq bu
texnologiyanın yetəri qədər inkişaf etməsini gözləyə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
