main-post-cover

    Apple şirkəti filmlərdəki mənfi obrazlara iPhone-dan istifadəni icazə vermir

    Elm & Texnologiya
    27.02.2020
    Farid Pardashunas
        Apple şirkəti istehsal etdiyi və satışa çıxartdığı məhsullarının keyfiyyətlərindən əlavə olaraq filmlərdə öz məhsullarının hansı ampluada təqdim edildiklərinə də nəzarət edir. Belə ki, “Knives Out” filminin rejissoru Rian Johnson qeyd edib ki, Apple şirkəti rejissorlara iPhone cihazlarının mənfi personajlar üçün nəzərdə tutulmuş rekvizit qismində istifadəsini qadağan edir. Bu barədə Macrumors saytı xəbər verib. Rejissor qeyd edib ki, filmlərdəki mənfi personajların iPhone-dan istifadə etmələri şirkət tərəfindən heç də xoş qarşılanmır.
        Belə ki, izləyicilərdə şirkətin məhsulları ilə bağlı mənfi fikirlər yarana bilər. “Yox, təbii ki, siz, əlində iPhone tutan personajı çəkə bilərsiniz Bunu söyləməyimin nə dərəcədə düzgün olduğunu bilmirəm amma əgər baş və ya ikinci dərəcəli personaj mənfi obrazı canlandırırsa, onun iPhone-dan istifadə etməsinə icazə yoxdur” - deyə Rian Johnson qeyd edib. Apple şirkətinin ticarət nişanları və müəllif hüquqlarının istifadəsi qaydalarında tam aydın şəkildə qeyd edilib ki, onun məhsulları tamamilə müsbət tərəfdən təqdim edilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər