Apple şirkəti gələcək iPhone'ların ekranlarını çıxıntı hissədən məhrum edə bilər

Apple şirkəti gələcək iPhone'ların ekranlarını çıxıntı hissədən məhrum edə bilər

Texnologiya
24.10.2018 PAYLAŞIM

    Phonearena saytının jurnalistləri Apple şirkətinin yeni patent sənədlərini aşkar ediblər. Həmin patent sənədlərindəki məlumatlara əsasən Apple şirkəti gələcək iPhone modellərinin ekranlarının yuxarı hissəsini çıxıntı hissədən məhrum edəcək. Qeyd etmək lazımdır ki, ilk dəfə çıxıntı hissə 2017-ci ildə təqdim olunmuş iPhone X smartfon modelində öz əksini tapmışdı. Həmin vaxtdan bəri ekran üzərində çıxıntı hissə trendinə bir çox smartfon istehsalçıları uydular.

    Bununla belə Apple şirkəti həmin çıxıntı hissədən qurtulmağa ümid edir və bu yolda yeni texnologiyaların patentini almaq istəyir. Patent sənədlərini incələmiş jurnalistlərin sözlərinə əsasən Apple şirkəti çıxıntı hissədən istifadə etməyərək ön kameranı ekrana inteqrasiya etməyin yollarını axtarır. Çıxıntı hissədən qurtulmağın yollarından biri də smartfon ekranının yuxarı hissəsində kiçik dirəvi formalı hissə ola bilər. Həmin hissədə Face ID texnologiyasının sensorları və ön kamera obyektivi yerləşə bilər.

Bənzər xəbər


    Bundan əlavə olaraq Face ID texnologiyası ilə ön kameranın yerləşəcəyi həmin dairəvi hissə də sensorlu ola bilər və nəzəri cəhətdən istifadəçilər üçün daha funksional ola bilər. Buna baxmayaarq bir sıra mütəxəssislərin fikrincə Apple şirkəti öz yaratdığı texnologiyaların əvəzinə Samsung şirkətinin tamamilə çərçivəsiz ekran texnologyasından istifadə edə bilər. Qeyd etmək lazımdır ki, Samsung şirkəti özünün bu texnologiyasını artıq demək olar ki, tam hazır edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×