Apple şirkəti gələn il də yeni iPhone modellərinin istehsalını azaldacaq

Apple şirkəti gələn il də yeni iPhone modellərinin istehsalını azaldacaq

Texnologiya
24.12.2018 PAYLAŞIM

    Rosenblatt Securities şirkətinin analitki Jun Zhang investorlara təqdim etdiyi hesabatında proqnoz edib ki, Apple şirkəti gələn ilin Mart ayında yeni iPhone modellərinin istehsalat miqyasnı bir daha aşağı salacaq. Jun Zhang-ın proqnozuna əsasən Apple şirkəti yeni iPhone modellərinin istehsalını 4 milyon smartfon azaldacaq. Bununla belə bu proqnoz hər 3 yeni iPhone modelinə aiddir. Bu barədə 9to5mac saytı xəbər verib. Şirkətin iPhone XR modelinin məşhurlaşması bəyanatına baxmayaraq istehsalatın kiçildilməsi ən çox məhz həmin modelə aid ediləcək. Belə ki, iPhone XR-in istehsalatı 2.5 milyon smartfon azaldılacaq.

    iPhone XS modelinin istehsalatı 1.5 milyon smartfon, iPhone XS Max modelinin istehsalatı isə 500.000 ədəd smartfon azaldılacaq. Görünür, şirkət həqiqətən də artıq yeni iPhone modellərinin qiymətlərini aşağı salmalıdır. Belə ki, bu ilin sentyabr ayında təqdim olunmuş hər 3 iPhone modeli arasında büdcəli versiya kimi qələmə verilmiş iPhone XR modelinin qiyməti 750$-dan başlayır. Bununla yanaşı Apple şirkəti hal hazırda Çin bazarında problemlər yaşayır.

Bənzər xəbər


    Bir sıra məlumatlara əsasən Huawei şirkətinin maliyyə direktorunun ABŞ-ın təlimatı ilə Kanadada həbs edilməsi hadisəsindən sonra Çinin yerli şirkətləri Huawei-yə öz dəstəklərini verməyə başladılar. Bundan yanaşı həmin şirkətlər iPhone modelləri yerinə Huawei şirkətinin smartfonlarını alan işçilərini də müəyyən dərəcədə mükafatlandırırlar. Lakin bilmək lazımdır ki, Huawei şirkətinin maliyyə direktoru barəsində baş vermiş hadisədən əvvəl də Apple şirkəti problemlərlə qarşılaşmışdı. Belə ki, şirkət artıq bir neçə dəfə yeni iPhone modellərinin istehsalat miqyasını kiçildib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..

×