Logo
    main-post-cover

    Apple şirkəti gələn ilki iPhone'nun dizaynında dəyişikliklər edəcək

    Elm & Texnologiya
    25.09.2019
    Emil
        Gələn il Apple şirkəti metal karkasa sahib iPhone modelini təqdim edəcək və o, iPhone 4-ü xatırladacaq. Bu cür proqnozu TFI Securities şirkətinin məşhur analitiki Ming-Chi Kuo bildirib. Bu barədə Macrumors saytı xəbər verib. Analitikin sözlərinə əsasən 2020-ci il iPhone modeli iPhone 4 kimi düz kənarlara sahib metal çərçivə əldə edəcək. Çərçivə smartfonun arxa və ön panelində yerləşəcək şüşə materialın arasında inteqrasiya ediləcək.
        Hal hazırda aktual olan iPhone modellərinin alüminium çərçivələri dairəvi formadadırlar. iPhone dizaynının dəyişilməsi səbəbilə gələn il metal karkasın və şüşə gövdənin qiymətləri 50% yüksələcək. Yüksələcək qiymət göstəricilərinin nəticə etibarilə iPhone modellərinin qiymətlərinə nə dərəcədə təsir edəcəkləri barəsində analitik bir məlumat verməyib. Bundan əlavə olaraq o qeyd edib ki, gələn il 5G şəbəkə dəstəyinin əlavə olunması səbəbilə Apple şirkəti iPhone modellərinin istehsalatını 85 milyon smartfona çatdıracaq. 
    Paylaş
    Bənzər xəbərlər