
Apple şirkəti iOS 12-ni təqdim etdi
Elm & Texnologiya
04.06.2018
Emil
Apple şirkəti tərtibatçılar üçün
keçirtdiyi WWDC 2018 tədbiri çərçivəsində yeni iOS 12 əməliyyat sistemini təqdim
etdi. Şirkətin verdiyi məlumata əsasən yeni iOS versiyası hətta köhnə model
iPhone-ların da güclərini artıracaq. Məsələn iOS 11-dən fərqli olaraq iPhone 6
Plus modelində tətbiqlər 40%, klaviatura 50%, kamera interfeysi isə 70% daha sürətlə
işə düşəcək. Optimizasiyadan əlavə iOS 12 bir sıra yeni funksiyaları da özü ilə
gətirib.
Arıtırlmış reallıq:

Apple şirkəti AR faylların göndərilməsi
üçün yeni USDZ formatını təqdim edib. Tərtibatçılar üçün isə ARKit 2 aktivdir.
Yeni platformada ilk tətbiqi yaratmış şirkət LEGO olub. Bundan sonra istifadəçilər
biri 9.99$-dan olan virtual konstruktorları alaraq onları artırılmış reallıqda
yığa biləcəklər. Yeni iOS versiyasında həmçinin kamera vasitəsilə obyektlərin
ölçülərini təyin etmək üçün Measure tətbiqi də yerləşdirilib.
Foto:

iOS 12-də tərtibatçılar foto üzrə
axtarış sistemini təkmilləşdiriblər. Bundan sonra istifadəçilər fotoları hadisələr,
obyektlər və məşğuliyyətlər üzrə axtara biləcəklər. Tətbiqdə həmçinin “For You”
adlı yeni qovluq da yaradılıb. Həmin qovluqda Google Photo-daki kimi hər bir
istifadəçi üçün individual ehtimal fotolar yer alır. iOS 12-nin daha bir özəlliyi
də ondan ibarətdir ki, sistem fotoda aşkar etdiyi şəxslərlə həmin fotonu
paylaşmağı təklif edir.

Siri:

Siri yeni “Shortcuts” adlı funksiyaya sahib olub.
Onun sayəsində istifadəçi müəyyən əmr üçün Siri-yə ardıcıl əməliyyatlar təyin
edə bilər. Məsələn əgər istifadəçi “evə çatmaq” nişanını yaratsa, Siri həmin
cümlənin istifadəçi tərəfindən həmişə deyiləcəyi halında hava proqnozunu təqdim
edəcək və ya radionu işə salacaq. Bildirişlər bölməsində Siri ehtimalları əlavə
olunub. Bundan sonra səsli köməkçi hansısa yaxın şəxsin ad günü olanda ona zəng
etmək barədə istifadəçini məlumatlandıracaq. Bundan əlavə olaraq iOS 12 istifadəçinin
vərdişlərini də yadında saxlayacaq. Məsələn əgər istifadəçi hər səhər qəhvə
içirsə Siri qəhvə almağı istifadəçinin yadına salacaq.

Sistem funksiyaları:

iOS-də olan iMessage messenceri 4
yeni Animoji-yə sahib olub. iPhone X istifadəçiləri isə Mimoji adlı
personallaşdırılmış emojiləri yarada biləcəklər. Yaradılmış animasiyalı emojiləri
birbaşa selfie fotoların üzərinə mətn və filtr effektlər ilə birlikdə yerləşdirmək
olacaq. FaceTime 32 nəfərə kimi qrup zəngləri funksiyasını əldə edib və iMessage
ilə inteqrasiya olunub. Zəng zamanı istifadəçi öz üzünü Animoji və ya yaratmış
olduğu Mimoji ilə əvəz edə bilər. iOS 12, iOS 11 ilə çalışan bütün cihazlarda dəstəklənəcək.
Əməliyyat sisteminin final versiyası payız fəslində təqdim olunacaq. Onun test
versiyası isə yaxın zamanda aktiv olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
