
Apple şirkəti iOS 13 istifadəçilərinə kənar klaviaturalardan istifadəni məsləhət görmür
Elm & Texnologiya
25.09.2019
Emil
Kənar istehsalçıların təqdim etdikləri ekran klaviaturaları iPhone-ların standart klaviaturalarını daha rahat alternativ ilə əvəz etməyə imkan verirlər. Lakin iOS 13, iOS 13.1 və iPadOS əməliyyat sistemlərinin çıxmalarından sonra Apple şirkətinin rəsmi saytında bu cür klaviaturalardan istifadənin təhlükəli olması barəsində məlumat əks olunub. Apple şirkəti istifadəçi məlumatlarının sızdırılması təhlükəsi səbəbilə istifadəçilərə alternativ variantlardan imtina etmək məsləhətini verib.
Bu barədə 4pda saytı xəbər verib. Apple şirkətinin məlumatına əsasən əsas problem ondan ibarətdir ki, kənar istehsalçının klaviaturasından istifadə zamanı həmin klaviatura cihaz yaddaşının sistem hissəsinə keçidi tələb edə bilər. Əgər istifadəçi bu cür keçidin qarşısını alsa belə həmin tətbiq sözügedən keçidi reallaşdıracaq. Apple qeyd edib ki, bu boşluq ştat klaviaturalarını və sistemə tam keçidi tələb etməyən virtual klaviaturaları əhatə etmir.

Şirkət onu da əlavə edib ki, o, bu sistem boşluğunu növbəti iOS 13 və iPadOS versiyasında aradan qaldıracaq. Hələ ki, istifadəçilərə ayarlar vasitəsilə klaviaturalar bölməsinə daxil olub cihaza quraşdırılmış kənar tətbiqlərin incələnməsi məsləhət görülür. Belə ki, həmin tətbiqlər sistemi tamamilə ələ keçirdə bilərlər. Yeni iOS 13 versiyasının təqdim olunmasına kimi isə cihazda olan kənar klaviatura tətbiqlərinin silinməsi daha məqsədəuyğundur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
