Apple şirkəti iPhone 6s, 6s Plus və iPhone SE modellərinin satışlarını dayandırdı

Apple şirkəti iPhone 6s, 6s Plus və iPhone SE modellərinin satışlarını dayandırdı

Texnologiya
13.09.2018 PAYLAŞIM

    Hər ilki təqdimatdan sonra Apple şirkəti bu dəfə də öz saytında iPhone bölməsini yenilədi. Beləliklə iPhone Xs, iPhone Xs MaxiPhone Xr modellərinin saytda təqdim olunması ilə birlikdə həmin bölmədən iPhone 6s, 6s PlusiPhone SE modelləri çıxarıldı. iPhone 6s və 6s Plus modellərinin satışlarının dayandırılması heç təəccüblü deyil. Belə ki, Apple şirkəti artıq uzun illərdir ki, yalnız 3 nəsil cihazları reallaşdırır.

    Buna görə də hal hazırda şirkətin saytında iPhone 7, iPhone 8 smartfonlarını almaq və yeni təqdim olunmuş iPhone modellərinin ön sifarişini reallaşdırmaq olar. Lakin iPhone SE modelinin satışlarının dayandırılması böyük olmayan smartfonları sevənlər üçün heç də yaxşı xəbər deyil. Belə ki, iPhone SE 2-nin reallaşacağına heç bir işarə yoxdur. Pis halda bu o deməkdir ki, kompakt iPhone modelləri dövrü artıq geridə qaldı.

Bənzər xəbər



    Belə ki, təqdim olunmuş iPhone modellərindən ən kompakt olanı 5.8 inç ekranlı iPhone Xs-dir. iPhone 7 və iPhone 8 modelləri isə ondan nəzərə çarpmayacaq dərəcədə kiçik ölçülərə sahibdirlər. Bundan əlavə olaraq Apple şirkəti iPhone SE modelini yaxşı texniki göstəricilərə sahib olan büdcəli smartfon kimi təqdim etmişdi. Bu ilki ən ucuz iPhone modeli isə iPhone Xr-dir. Onun qiyməti 750$-dan başlayır. Belə qiymət göstəricisinə sahib smartfonu isə heç cürə büdcəli model adlandırmaq olmaz. Qeyd etmək lazımdır ki, iPhone SE smartfonunu almaq istəyib də vaxtında almayanlar hələ də onu bir sıra telefon mağazaları şəbəkələrindən əldə edə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×