main-post-cover

    Apple şirkəti iPhone 8 və 8 Plus smartfonlarının satışlarını dayandırdı

    Elm & Texnologiya
    16.04.2020
    Farid Pardashunas
        Dünən yeni iPhone SE (2020) smartfon modelinin təqdim olunmasından sonra Apple şirkəti öz rəsmi saytında iPhone 8iPhone 8 Plus smartfonlarını satışdan çıxartdı. Bu barədə Macrumors saytı xəbər verib. Təbii ki, iPhone 8 seriyasının satışlarının dayandırılmasının əsas səbəbi yeni təqdim edilmiş iPhone SE (2020)-dir. Belə ki, yeni iPhone SE (2020) modeli xarici görünüşcə iPhone 8 seriyasından heç də fərqlənmir və daha ucuz qiymətə satılır.
        Buna görə də iPhone 8 seriyasının satışlarını davam etdirməyin bir mənası qalmır. Maraqlısı ondadır ki, iPhone 8 Plus modelini digər satıcılarda tapmaq mümkün olacaq. Bəlkə də Aple şirkəti bunu ona görə belə edib ki, o, alıcıların seçimə sahib olmalarını istəyib. Belə ki, iPhone SE (2020) modeli sadəcə 4.7 düym ekrana sahibdir. iPhone 8 Plus-da isə ekran ölçüsü 5.5 düymdür. Qeyd etmək lazımdır ki, iPhone 8 və 8 Plus modelləri 2017-ci ildə iPhone X ilə birlikdə təqdim olunmuşdular. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər