main-post-cover

    Apple şirkəti iPhone 9 (iPhone SE 2) ilə birlikdə iPhone 9 Plus-ı da təqdim edə bilər

    Elm & Texnologiya
    17.03.2020
    Farid Pardashunas
        Biz artıq dəfələrlə xəbər vermişik ki, Apple şirkəti iPhone 9-u (iPhone SE2) təqdim etməyə hazırlaşır. İndi isə şirkətin daha bir bahalı olmayan smartfonu barəsində məlumat ortaya çıxıb. Bu barədə 9to5mac saytı xəbər verib. Belə ki, 9to5mac saytının jurnalistləri bu il təqdim olunacaq iOS 14 əməliyyat sisteminin bir sıra kod sətrini analiz ediblər və orda iPhone 9 Plus adını aşkar ediblər.
        Gözləntilərə əsasən iPhone 9 Plus modeli iPhone 9 kimi çərçivələrə sahib ekran və Touch ID texnologiyası ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon Apple A13 Bionic prosessoruna sahib olacaq. Qeyd etmək lazımdır ki, iPhone 11, iPhone 11 ProiPhone 11 Pro Max modelləri də bu prosessor ilə təchiz olunurlar. Çox güman ki, iPhone 9 ilə iPhone 9 Plus modelləri iPhone 8iPhone 8 Plus modellərini əvəz edəcəklər.
        Hər iki smartfon modeli yaz fəslində yeni iPad modeli ilə birlikdə təqdim olunmalıdır. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Apple şirkəti öz yeni məhsullarının təqdimatlarını 31 mart tarixində keçirdəcək. Lakin sonradan məlumat ortaya çıxdı ki, koronavirus səbəbilə Apple həmin tədbiri təxirə salıb. Təqdimat tədbirinin rəsmi olaraq nə zaman keçiriləcəyi hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər