Apple şirkəti iPhone istehsalının 5-də 1 hissəsini Hindistana keçirdəcək

Apple şirkəti iPhone istehsalının 5-də 1 hissəsini Hindistana keçirdəcək

Texnologiya
12.05.2020 PAYLAŞIM

    Apple şirkəti öz məhsullarının istehsalat prosesinin bir hissəsini Çindən Hindistana keçirtməyi planlaşdırır. Məlumata əsasən Hindistanda olan Wistron Foxconn zavodları növbəti 5 il ərzində ümumi qiyməti 40 milyard dollar olacaq iPhone modellərini istehsal edəcəklər. Bu barədə Macrumors saytı xəbər verib. Məlumata əsasən iPhone modellərinin istehsalatlarınn 1/5 hissəsinin Çindən Hindistana keçirilməsi üçün Apple şirkətinin top-menecerləri artıq bəzi hindistanlı məmurlarla danışıqlar aparıblar. Hindistan hökumətinin təmsilçisinin sözlərinə əsasən Apple şirkətinin bu cür qərarı Hindistanın elektrotexnika istehsalınn stimullaşdırılması sistemi olan PLI ilə əlaqəlidir.

    Beləliklə PLI sisteminin üstünlüklərindən istifadə etmək üçün şirkət 2020-2025-ci illər ərzində hər il ümumi dəyəri 10 milyard dollardan az olmayan mobil telefonlar istehsal etməlidir. 2019-cu ildə Apple şirkəti Hindistan bazarı üçün ümumi dəyəri 1.5 milyard dollar olan smartfolar istehsal etmişdi. Lakin bu göstəricinin yalnız 30%-dən az hissəsi Hindistanın istehsalat gücünün payına düşüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018-2019-cu illərdə Apple şirkəti Çində ümumi dəyəri 220 milyard dollar olan məhsullar istehsal edib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×