Apple şirkəti iPhone'ları Hindistanda istehsal etməyə başlayacaq

Apple şirkəti iPhone'ları Hindistanda istehsal etməyə başlayacaq

Texnologiya
29.12.2018 PAYLAŞIM

    Reuters saytı öz mənbələrinə istinadən xəbər verib ki, Apple şirkəti gələn ildən etibarən öz smartfonlarını Hindistanda istehsal etməyə başlayacaq. Məlumata əsasən smartfonların istehsalı ilə Apple şirkətinin əməkdaşlıq etdiyi Foxconn şirkəti məşğul olacaq. Belə ki, Hindistanın Şriperumbudur şəhərində Foxconn şirkətinin artıq lazımi istehsalat infrastrukturu var. Onu da qeyd etmək lazımdır ki, Foxconn Apple şirkətinin Çindəki rəqibi Xiaomi-nin smartfonlarını da məhz Hindistanda istehsal edir.

    Beləliklə Foxconn Hindistandakı zavodunda iPhone-ların istehsalı üçün ayrıca istehsalat xəttini istifadəyə verəcək. Bu işin reallaşdırılması üçün şirkət 356 milyon dollar vəsait ayırmağı və 25.000 yeni iş yeri yaratmağı planlaşdırır. Məlumata əsasən Hindistandakı zavodda iPhone X də daxil olmaqla yalnız flaqman modellər istehsal olunacaq.

Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, Apple şirkəti daha əvvəllər də Hindistanda smartfon istehsalı ilə məşğul olub. Lakin vaxtı ikən həmin ölkədə yalnız büdcəli modellər (iPhone SEiPhone 6S) istehsal edilib. Görünür, şirkət Hindistandakı mövqeyini genişləndirmək və orda təkcə büdcəli deyil həmdə flaqman modellərin satışlarını rellaşdırmaq istəyir. Bundan əlavə olaraq Çin ilə ABŞ arasında olan ticarət müharibəsi səbəbilə şirkət ümumiyyətlə smartfon istehsalını Çindən başqa ölkəyə keçirtməyi planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×