
Apple şirkəti iPhone modellərinin istehsalını 10% azaldacaq
Elm & Texnologiya
09.01.2019
Emil
Apple şirkəti bu ilin birinci rübü üçün öz gəlir proqnozlarını gözdən keçirdəndən sonra yenidən iPhone modellərinin istehsalını məhdudlaşdırdı. Bu barədə Nikkei saytı xəbər verib. Saytın verdiyi məlumata əsasən yanvar ayından mart ayında kimi iPhone istehsalı 10% məhdudlaşdırılacaq. Apple şirkəti artıq iPhone XS, iPhone XS Max və iPhone XR modellərinin sifarişlərinin aşağı enməsi barədə istehsalçı şirkətlərə məlumat verib. Apple yanvar-mart ayları ərzində 47-48 milyon ədəd smartfon istehsal etməli idi. Lakin smartfonların sayı 40 milyon ədədə endirilib.
Nikkei saytının analitiklərinin fikrincə bu cür qərar Çində iPhone modellərinə tələbatın aşağı səviyyədə olması ilə əlaqəlidir. Qeyd etmək lazımdır ki, bu, şirkətin 2019-cu ilin əvvəli üçün iPhone modellərinin istehsalat miqyasını kiçiltməsi üzrə ilk hesabat deyil. Hələ keçən ay analitiklər bildirmişdilər ki, Apple şirkəti iPhone XS Max modelinin istehsalını iki dəfə azaldacaq. Bir neçə müddət bundan öncə şirkətin CEO-su Tim Cook müsahibələrinin birində qeyd etmişdi ki, şirkət ABŞ ilə Çin arasında olan ticarət müharibəsindən böyük zərər gördü.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
