Apple şirkəti iPhone'nun qeyri-məşhurluğunu və gəlirlərin aşağı düşməsini etiraf etdi

Apple şirkəti iPhone'nun qeyri-məşhurluğunu və gəlirlərin aşağı düşməsini etiraf etdi

Texnologiya
03.01.2019 PAYLAŞIM

    Apple şirkətinin CEO-su Tim Cook şirkət investorlarına geniş həcmli məktub yazıb. Həmin məktubda Cook şirkət gəlirlərinin düşməsi və bunun nəyə görə baş verməsi barəsində danışıb. Beləliklə şirkət 2019-cu ilin ilk maliyyə rübü (29 dekabr tarixində yekunlaşıb) üçün öz proqnozlarını aşağı salıb. İlk öncə Apple şirkəti 89-93 milyard dollar mənfəət gəliri əldə edəcəyinə ümid edirdi. Analitiklər isə 91.5 milyard dollar mənfəət gəliri proqnozlaşdırırdılar. İndi isə şirkət həmin proqnozu 84 milyard dollara kimi salıb.

    Baxmayaraq ki, şirkətin servis, planşet, noutbook və digər məhsullarının satış göstəriciləri 19% yüksəlib, smartfonların ucbatından şirkətin gəlirləri aşağı düşməyə davam edir. iPhone-lar isə Apple şirkətinin əsas gəlir mənbəyidir. Tim Cook, gəlirin aşağı düşməsində bir neçə səbəbi qeyd edir. İlk öncə ABŞ ilə Çin arasındakı ticarət müharibəsi. Baxmayaraq ki, digər ölkələrdə iPhone-ların satışları o qədər də güclü deyildilər, Çində iPhone smartfonlarına tələbatın azalması çox ani oldu.

Bənzər xəbər


    “Biz, inkişafda olan aparıcı bazarlarda bəzi problemləri öncədən gözləsək də, əsasən Çində iqtisadi çöküşün miqyasını öncədən görə bilmədik. Bizim proqnozlarımız ilə müqayisədə gəlirlərin aşağı düşməsi və Çində ildən-ilə gəlirlərimizin 100%-dən çoxusunun aşağı düşməsi iPhone, iPad və Mac məhsulları ilə bağlıdır” – deyə Tim Cook öz məktubunda qeyd edib. Gəlirlərin aşağı düşməsində həmçinin yeni iPhone modellərinin satış tarixləri də rol oynadılar.

    Təbii ki, əsas səbəblər sırasında həmçinin bir maliyyə rübündə məhsul çoxluğu, dolların məzənnəsinin yüksəlməsi nəticəsində məhsulların qiymətlərinin qalxması, şəbəkə operatorları üçün subsidiyaların aşağı salınması və hətta batareyaların aşağı qiymətə dəyişdirilməsi də var. Şirkət yekun hesabatları bu ayın sonunda təqdim edəcək. Əgər proqnozlar düz çıxsa, bu, Apple şirkətinin 2000-ci ildən bəri ilk dəfə bayram sezonunda gəlirlərinin aşağı düşməsinə işarə edəcək. Hətta Tim Cook-un bu məktubundan sonra şirkət səhmlərinin qiymətləri 7% aşağı düşdü.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×