
Apple şirkəti iPhone SE'nin davamçısını satışa çıxardacaq
Elm & Texnologiya
04.09.2019
Emil
Nikkei saytının məlumatlarına əsasən Apple şirkəti iPhone SE smartfon modelinin davamçısını 2020-ci ilin yaz fəslində satışa çıxartmağı planlaşdırır. Bu, hamıya tanış olan dizaynda reallaşdırılacaq bahalı olmayan iPhone modeli olacaq. Bu üsul ilə şirkət öz smartfon satışlarının aşağı düşməsinin qarşısını almağı, Samsung və Huawei şirkətləri ilə rəqabət aparmağı istəyir. Məlumata əsasən iPhone SE-nin davamçısı 4.7 düym LCD ekranla təchiz olunacaq və xarici görünüşcə iPhone 8-ə bənzəyəcək.
İnsayderlər bildiriblər ki, smartfon müasir texniki göstəricilər ilə təchiz olunacaq. Bura həmçinin Apple A13 prosessoru da daxil olacaq. Məlum olmayan fakt ondan ibarətdir ki, iPhone SE-nin davamçısı Touch ID texnologiyasına sahib olacaq yoxsa Face ID texnologiyasına. Yeni smartfonun ən əsas cəhəti isə qiymət göstəricisi olmalıdır. Güman edilir ki, smartfon 400$-a satılacaq. Qeyd etmək lazımdır ki. 10 sentyabr tarixində şirkət yeni iPhone modellərini təqdim edəcək. Söhbət, iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max modellərindən gedir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
