
'Apple' şirkəti iPhone X-in təmir olunma qiymətlərini açıqladı
Elm & Texnologiya
28.10.2017
Emil
Dünən iPhone X smartfonuna ön sifarişlər açıq elan edildi və bununla yanaşı yeni çıxacaq cihazın təmir olunma qiymətləri təqdim olundu.
64 GB daxili yaddaşa
sahib modelin 999$, 256 GB daxili yaddaşa sahib modelin isə 1149$ qiymətinə
satılacağını nəzərə alsaq, bu smartfonun təmirinin həmçinin baha qiymətə başa gələcəyinə
də təəccüblənməmək lazımdır. Beləliklə zədələnmiş Super Retina ekranın dəyişilməsi
279$-a başa gələcək. iPhone 6 (129$) modeli ilə müqayisədə bu iki dəfə bahadır.

Digər zədələnmiş hissələrin təmir olunması üçün isə istifadəçi 549$ ödəməli
olacaq. Bu cür qiymət göstəricisi isə öz növbəsində iPhone 8 və iPhone 8 Plus
modelləri ilə müqayisədə çox yüksəkdir. Qeyd etmək lazımdır ki, bu cür qiymət
göstəriciləri ABŞ bazarı üçün anlaşılandır. Lakin Azərbaycanda bu xidmətlər çox
güman ki, daha böyük qiymət müqabilində göstəriləcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
