Apple şirkəti iPhone X və iPhone SE'dən imtina edə bilər

Apple şirkəti iPhone X və iPhone SE'dən imtina edə bilər

10.07.2018 PAYLAŞIM

    BlueFin analitik şirkəti investorlar üçün Apple-ın yaxın müddətə ola biləcək planlarının proqnozlarının əks olunduğu hesabatı hazırlayıb. Hesabatda vacib planlar arasında analitiklər Apple şirkətinin iPhone X və büdcəli iPhone SE modellərindən imtinası qeyd olunub. Analitiklərin fikincə Apple şirkəti bu cür qərarı Sentyabr ayında təqdim ediləcək yeni iPhone modellərinə aşağı tələbatın olması səbəbilə verə bilər. Bu cür vəziyyət isə istifadəçilərin öz köhnə iPhone modellərini təzə modellərə dəyişmək istəməmələrindən yaranıb.

    Hesabatdakı məlumatlara əsasən Apple bu ilin ikinci yarısında 91 milyon yeni smartfon istehsal edəcək. Büdcəli model 6.1 inç ekranlı iPhone 9, flaqman model isə 6.5 inç ekranlı iPhone 11 Plus ola bilər. Kiçik ekran ölçüsünə sahib olacaq iPhone 11-in istehsalı isə sual altındadır. Lakin bütün bunlara baxmayaraq şirkətin iPhone X ilə iPhone SE modellərindən imtina etməsinin tam olaraq nə mənaya gəldiyi hələki məlum deyil. Çox güman ki, şirkət bu smartfonların istehsalatını və satışlarını tədricən dayandıracaq. Qeyd etmək lazımdır ki, Apple hələ də iPhone SE modelinin davamçısını təqdim etməyib və iPhone 9 çətinki onu əvəz edə bilsin. 

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×