
Apple şirkəti istifadə olunan servislərin seçilməsində iOS istifadəçilərinə daha çox azadlıq verə bilər
Elm & Texnologiya
21.02.2020
Emil
“Android yoxsa iOS?” mübahisəsində Android əməliyyat sistemini seçən istifadəçilərin əsas aqumentləri ondan ibarətdir ki, sözügedən əməliyyat sistemində seçim azadlığı mövcuddur. iOS-ə gəldikdə isə istifadəçilər Apple şirkəti tərəfindən məhdudlaşdırılırlar və şirkət tərəfindən təqdim olunan servislərdən istifadə etmək məcburiyyətində qalırlar.
Lakin son məlumat sızıntılarına inansaq, yaxın zamanda bu vəziyyət dəyişə bilər. Bu barədə Bloomberg saytı xəbər verib. Verilmiş yeni məlumata əsasən Apple şirkəti istifadəçilərə hansı tətbiqlərdən standart olaraq istifadə azadlığının verilməsini nəzərdən keçirdir. Hal hazırda iOS cihazlarda istənilən link Safari brauzeri vasitəsilə açılır.
Android-də isə istifadəçi brauzer seçimini edə bilər. İnsayderlərin verdikləri məlumata əsasən iOS məsələsində söhbət hələ ki, brauzerlərdən və poçt servislərindən gedir. Bunlar isə istifadəçilər tərəfindən ən çox istifadə olunan tətbiqlərdir. Qeyd etmək lazımdır ki, bunlar hələ təsdiq edilməmiş məlumatlardır və onlara bir qədər şübhə ilə yanaşmaq lazımdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
