main-post-cover

    Apple şirkəti itmiş Apple Pencil stiluslarının axtarışlarını mümkün edəcək texnologiyanı patentləşdirib

    Elm & Texnologiya
    25.05.2023
    Farid Pardashunas
        Apple şirkəti itmiş Apple Pencil stiluslarının Find My tətbiqi vasitəsilə axtarışını reallaşdırmağa imkan verəcək texnologiyanın patentini əldə edib. Hal hazırda sözügedən tətbiq itmiş iPhone, iPad, Mac, Apple Watch, AirPods AirTag cihazlarının axtarışını reallaşdırmağa imkan verir. İtmiş Apple cihazının Find My tətbiqi vasitəsilə axtarış prosesi zamanı cihaza quraşdırılmış genişzolaqlı əlaqə çipindən istifadə edilir. Lakin Apple Pencil stilusunun gövdəsində məhdud yerin olması səbəbilə genişzolaqlı əlaqə çipindən istifadə imkanı mümkün deyil.
        Buna görə də şirkət akustik siqnal əsasında olan texnologiyanın patentini əldə edib. Bu texnologiyaya əsasən stilusun uc hissəsində kiçik ölçülü rezonator dəliyi yerləşəcək. İstifadəçi Find My tətbiqi və iPhone vasitəsilə stilusun gövdəsindəki kiçik ölçülü dəliyə rezonans tezliyində akustik siqnallar ötürəcək. Bu isə öz növbəsində stilusun vibrasiya etməsinə səbəb olacaq. Nəticədə istifadəçi vibrasiya səsi vasitəsilə stilusun yerini təyin edə biləcək. Bununla belə nəzərə almaq lazımdır ki, bu üsulun çox məhdud təsir radiusu var. Əgər stilus uzaqda yerləşirsə onu bu üsul vasitəsilə tapmaq mümkün olmayacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər