
Apple şirkəti növbəti təqdimat tədbirini elan etdi
19.10.2018
Emil Nəcəfov
Apple özünün növbəti təqdimat tədbiri üçün jurnalistlərə dəvətnamələr göndərib. Tədbir 30 Oktyabr tarixində Bruklin musiqi akademiyasında baş tutacaq. Sözügedən tədbirdə şirkət tərəfindən hansı məhsulların təqdim ediləcəyi hələki bilinmir. Buna baxmayaraq şirkət təfindən göndərilmiş dəvətnamə Face ID texnologiyalı yeni iPad Pro modelinin təqdimatına işarə edir. Bundan əlavə bir sıra məlumatlara əsasən 30 Oktyabrdakı tədbirdə Apple şirkətinin yeni kompüter modelləri və naqilsiz şarj texnologiyasına sahib AirPods 2 qulaqlıqları təqdim olunmalıdırlar.

Linki kopyala
Həftənin xəbərləri

