main-post-cover

    Apple şirkəti online mağazalarda iPhone satışlarını məhdudlaşdırıb

    Elm & Texnologiya
    20.03.2020
    Farid Pardashunas
        Apple şirkəti bir çox ölkələrdə internet mağazalar vasitəsilə iPhone satışlarını məhdudlaşdırıb. Bu barədə Reuters saytı xəbər verib. Məlumata əsasən iPhone satışlarının məhdudlaşdırılması ABŞ-da, Çində və digər ölkələrdə reallaşdırılıb. Beləliklə müəyyən edilmiş regionlarda alıcı 2 eyni iPhone modelindən daha çoxunu ala bilməz.
        Sonuncu dəfə Apple şirkəti bu cür məhdudlaşdırıcı prosesi 2007-ci ildə birinci iPhone modelini təqdim edəndən sonra rellaşdırmışdı. iPhone satışlarının məhdudlaşdırılması Çindən kənarda olan Apple mağazalarının bağlanmasından sonra qüvvəyə mindi. Şirkət bu cür qərarı koronavirusun yayılması səbəbilə verib.
        Beləliklə Apple mağazaları minimum 27 mart tarixinə kimi fəaliyyətlərini dayandırıblar. Reuters saytı güman edir ki, Apple şirkəti koronavirus səbəbilə iPhone modellərinin istehsalat problemi ilə qarşılaşıb. Lakin heç istisna deyil ki. iPhone satışlarının məhdudlaşdırılması sözügedən smartfonlara tələbatın aşağı düşməsi ilə bağlıdır. Apple isə bu məsələyə heç bir fikir bildirməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər